» » İranda ilk dəfə qadın səfir təyin edilib

İranda ilk dəfə qadın səfir təyin edilib

İranda ilk dəfə qadın səfir təyin edilib

“Gender məsələsi burada heç bir rol oynamır”.

İran prezidenti Həsən Ruhani bildirib ki, ölkənin Malayziyada yeni səfiri xanım Mərziyə Əfhamı təyin edilib, ucarliyiq.biz “TASS”a istinadən xəbər verir.

“İran qadınları ictimai, idman, idarəetmə kimi sahələrdə fəal iştirak edirlər. Bu qərar göstərir ki, ciddi vəzifəni kimə həvalə etməkdən söhbət getdikdə iranlı qadının səfir təyin edilməsi göstərir ki, gender məsələsi burada heç bir rol oynamır”, deyə Ruhani bildirib.  
 
O qeyd edib ki, Mərziyə Əfhamın səfir təyin etməkdə məqsəd ölkədə qadınlar üçün imkanların yaradılmasını göstərməkdir.