» » Ermənistan parlament idarəetmə formasına keçir

Ermənistan parlament idarəetmə formasına keçir

Ermənistan parlament idarəetmə formasına keçir

Referendum seçicilərin zəif iştirakı ilə fərqlənib.

Ermənistanın Mərkəzi Seçki Komissiyasının konstitusiya referendumunun səsvermənin nəticələrinin elektron hesablaması səhər saat 6-da başa çatıb.

ucarliyiq.biz Novosti Armeniya-ya istinadən xəbər verir ki, bu saat üçün 1997 seçki dairəsinin nəticələri hesablanıb.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, konstitusiya islahatlarına seçicilərin 63,35%-i “bəli”, 32,35%-i isə “xeyr” deyib.

Dekabrın 6-da keçirilən referendum seçicilərin həddən artıq zəif iştirakı ilə fərqlənib. Seçkilərdə seçicilərin 50,51%-i iştirak edib. Bu, son 2013-cü il prezident seçkilərindəki göstəricidən 9,5% azdır.