» » İŞİD yaraqlıları Avropaya kimyəvi və bioloji silah gətirdilər

İŞİD yaraqlıları Avropaya kimyəvi və bioloji silah gətirdilər

İŞİD yaraqlıları Avropaya kimyəvi və bioloji silah gətirdilər

Terrorçular fəal şəkildə öz sıralarına alimləri cəlb edirlər.

İŞİD yaraqlıları qaçaqmalçılıq yolu ilə kimyəvi və bioloji silah gətirirlər və terror aktının törədilməsinə hazırlaşırlar.  

ucarliyiq.biz LifeNews-a istinadən xəbər verir ki, Britaniyanın Daily Star nəşri Avropa parlamentinin hesabatından olan bu məlumatlardan sitat gətirib.

“Kimyəvi, bioloji, radioloji və nüvə maddələri Avropa İttifaqının ərazisinə gizlin gətirilib”, - bu məlumatlar noyabrın 13-də Parisdə törədilən terror aktlarından sonra hazırlanan hesabatda göstərilib.

Bundan başqa, sənəddə terrorçuların xammaldan partlayıcı düzəldə biləcək alimləri öz sıralarına fəal şəkildə cəlb etmələri də vurğulanır.

“Bizim qarşımızda çox yaxşı təchiz olunmuş və özünü Avropa küçələrində fəal təzahür etdirən beynəlxalq terror təşkilatı durur. Bu, Avropanın son on ildə qarşılaşdığı ən ciddi terror təhlükəsidir”- Avropa İttifaqının hüquq-mühafizə orqanı Avropolun rəhbəri Rob Ueynrayt bildirib.

Britaniya nəşri oxucularını əgər terrorçular yeni zərbə vurmaq fikrinə düşərlərsə Böyük Britaniya polisinin onlara qarşı durmağa hazır olduğundan əmin edib.