» » Latviya hökuməti istefaya getdi

Latviya hökuməti istefaya getdi

Latviya hökuməti istefaya getdi

Ölkənin baş naziri bəyanat verdi.

Latviyanın baş naziri Laymdot Strauyuma bazar ertəsi ölkə hökumətinin istefaya getdiyini elan edib.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən, Strauyuma bu bəyanatı Latviyanın prezidenti Raymond Veyonis ilə görüşdən sonra edib.

ucarliyiq.biz xəbər verir ki, mətbuat xidmətinin məlumatına görə, görüş planlaşdırılmamışdı. Baş nazir görüşmək barədə niyyətini bazar ertəsi səhər bildirib.

Daha öncə Strauyuma bəyan etmişdi ki, o, istefa verdiyi təqdirdə baş nazir vəzifəsini daxili işlər naziri Rixard Kozlovski və ya xarici işlər naziri Edqar Rinkeviç tuta bilər.

Delfi agentliyinin yaydığı məlumata görə, Veyonis Nazirlər kabinetinin istefasını qəbul edib.