» » Budapeştdə təyyarə partlayış təhlükəsi ucbatından təcili endi

Budapeştdə təyyarə partlayış təhlükəsi ucbatından təcili endi

Budapeştdə təyyarə partlayış təhlükəsi ucbatından təcili endi

Partlayıcı qurğunun axtarışı aparılır.

Berlindən Hurqaduya uçan sərnişin təyyarəsi Budapeşt aeroportunda təcili eniş edib, belə ki, təyyarənin göyərtəsində partlayıcı qurğunun olmasına dair məlumat verilib.

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının mətbuat katibi bəyan edib ki, təhlükə barədə məlumat aviadispetçerə gəlib. Bu zaman o, konkret adları dəqiqləşdirməyib.

Polisdən hal-hazırda partlayıcı qurğunun axtarışı aparıldığı bildirilib. Sərnişinlərin və baqajın yoxlanılması işi gedir.

Qeyd edək ki, təyyarənin göyərtəsində 130 sərnişin və yeddi heyət üzvü olub.