» » Vyana sakini Dunaydan 100 min avro yığdı

Vyana sakini Dunaydan 100 min avro yığdı

Vyana sakini Dunaydan 100 min avro yığdı

Yoldan ötənlər həmin şəxsin intihar etdiyini düşünüb və polis çağırıblar.

Avstriyanın Vyana şəhərində polis Dunay sularında 100 min avrodan çox pul tapıb, BBC xəbər verir.

ucarliyiq.biz xəbər verir ki, pulları ilk olaraq şəhər sakininin gördüyü və suya atıldığı bildirilir.

Yoldan ötənlər həmin şəxsin intihar etdiyini düşünüb və polis çağırıblar.

Polislər gəldiyi vaxt kişi sudan 100 və 500 avroluq əskinaslar çıxarırmış.

Avstriya qanunlarına görə, pulu tapan və polisə təhvil verən şəxs həmin vəsaitin 5-10% mükafat kimi alır.

Polisin nümayəndəsi Roman Xaslingerin bildirdiyinə görə, bu məbləğdə pulun oğurlanması yaxud itirilməsi ilə bağlı məlumat daxil olmayıb.