» » İŞİD yaraqlıları Çin dilində mahnı oxudular – AUDİO

İŞİD yaraqlıları Çin dilində mahnı oxudular – AUDİO

İŞİD yaraqlıları Çin dilində mahnı oxudular – AUDİO

Mahnı gipnoz etmə üslubunda oxunub.

Dörd dəqiqəlik mahnı İŞİD-in əsas media-təxribat silahı olan Əl-Həyat mətbuat mərkəzi tərəfindən yaradılıb, daha sonra Twitter və Telegram vasitəsilə paylaşılıb.

ucarliyiq.biz Lifenews-a istinadən xəbər verir ki, cihadın bir çox digər mahnıları kimi, bu mahnı da inandırıcı və gipnoz edəcək üslubda oxunub.

Mahnının sözlərində İslam uğrunda ölməyi tərif edən sözlər var (mahnıya keçid burada)

Aydın olmayan bir şey qalır: terror qruplaşması bununla kimi cəlb etmək istəyir? 

Xuey etnik qrupu “Çin müsəlmanları” kimi tanınırlar, onlar İslam dininə etiqad edirlər və sayları 10 milyon nəfərə çatır. Amma çətin ki, onlar İŞİD terrorçularının baxışlarını qəbul edələr, çünki onlar İslamın nikbin formasına üstünlük verirlər.