» » Sarkisyanın hakimiyyəti əlində saxlamaq planının üstü açıldı

Sarkisyanın hakimiyyəti əlində saxlamaq planının üstü açıldı

Sarkisyanın hakimiyyəti əlində saxlamaq planının üstü açıldı

“ERP parlamentdə mütləq mandat çoxluğu qazanmalıdır”.

Konstitusiya islahatlarına dair referendum ərəfəsində iqtidar Ermənistan Respublika Partiyasının (ERP) lideri Serj Sarkisyan inandığı bir neçə şəxslə söhbət zamanı gələcək planlarını açıqlayıb. 

Daha dəqiq desək, o, dövlət rəhbəri vəzifəsində səlahiyyətlərinin müddəti başa çatdıqdan sonra baş nazir kürsüsünə oturmaq niyyətindədir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Jokovurd” qəzeti öz mənbələrinə istinadən yazır.

“Daha öncə Sarkisyan bəyan etmişdi ki, konstitusiya referendumundan sonra fəal şəkildə 2017-ci ilin parlament seçkilərinə hazırlaşmağa başlamaq lazımdır. Serj Sarkisyan vurğulamışdı ki, ERP yeni parlamentdə mütləq mandat çoxluğu qazanmalıdır.

2018-ci ilin aprel ayının 8-dən sonra onun səlahiyyətlərinin müddəti başa çatır, ERP liderinin hazırladığı plan üzrə o, istirahətə getdiyini elan edəcək.

Bizim mənbələr bildiriblər ki, bu zaman respublikaçılar “ümumxalq yalvarışı” prosesini təşkil edəcəklər ki, Serj Sarkisyan fəal siyasətdən uzaqlaşmasın və baş nazir vəzifəsini tutsun.

Öz planlarını təqdim edərkən Serj Sarkisyan parlament spikerinin kürsüsünü kimə etibar edəcəyini açıqlamayıb”, - “Jokovurd”da qeyd edilib.