» » Rusiya Ermənistanda zərbə helikopterləri yerləşdirdi

Rusiya Ermənistanda zərbə helikopterləri yerləşdirdi

Rusiya Ermənistanda zərbə helikopterləri yerləşdirdi

“Pilotlar plan uçuşlarına başlayacaqlar”.

Yeddi müasir Mi-24P zərbə helikopteri və Mi-8MT nəqliyyat helikopteri Ermənistanda Cənub hərbi dairənin Erebuni hərbi bazasında yerləşdirilib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Cənub hərbi dairənin mətbuat xidməti məlumat yayıb.

“Cari ilin sonuna qədər helikopterlərin növbəti partiyası gətiriləcək. Helikopterlər yardımçı dayanacaqlarda MiQ-29 qırıcıları ilə yerləşdirilib. Aviasiya vasitələrinin yığımı bir ay ərzində aparılacaq, bundan sonra pilotlar plan uçuşlarına başlayacaqlar”, - məlumatda deyilir.

RF-nin Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Cənub hərbi dairəsinin İrəvanda yerləşən aviabazası 1995-ci ildə yaradılıb.

1998-ci ilin noyabrında bazaya Rusiyadan çoxməqsədli MiQ-29 qırıcıları gətirilib. 2001-ci ilin iyul ayında Erebunidə yerləşdirilən hissələrdən aviabaza formalaşdırılıb, bu aviabaza Gümrüdə yerləşən 102-ci hərbi bazanın hava komponentinə çevrilib.