» » Bayden: ABŞ Kremlin Krımı işğal etmək cəhdini heç vaxt tanımayacaq

Bayden: ABŞ Kremlin Krımı işğal etmək cəhdini heç vaxt tanımayacaq

Bayden: ABŞ Kremlin Krımı işğal etmək cəhdini heç vaxt tanımayacaq

“Bu hərəkətə bəraət qazandırmaq olmaz”.

Amerika Birləşmiş Ştatları Krımı heç bir zaman Rusiyanın tərkib hissəsi kimi tanımayacaq.

ucarliyiq.biz UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ali Radanın tirbunasından çıxış edərkən bildirib.

“ABŞ Rusiyanın Krımı işğal etməyini tanımır və heç bir zaman da tanımayacaq”, - o vurğulayıb.

“Bu gün Rusiya müstəqil Ukrayna ərazisini işğal edib. ABŞ Rusiyaının Krımı işğal etməyini tanımır və heç bir zaman da tanımayacaq. Bu hərəkətə bəraət qazandırmaq olmaz”, - Cozef Bayden bəyan edib.

Bundan başqa, ABŞ-ın vitse-prezidenti vurğulayıb ki, onun ölkəsi Ukrayna ilə bərabər Rusiya təcavüzünə qarşı duracaq.

“Birləşmiş Amerika Ştatları Ukrayna ilə bərabər Rusiya işğalına qarşı durmaqda davam edəcək. Biz Ukrayna təhlükəsizlik qüvvələrinin təliminə dəstək və yardım göstərməyə davam edirik”, - Cozef Bayden deyib.