» » 10-cu platformanın söndürülməsinə xaricilər cəlb edildi (VİDEO, YENİLƏNİB)

10-cu platformanın söndürülməsinə xaricilər cəlb edildi (VİDEO, YENİLƏNİB)

10-cu platformanın söndürülməsinə xaricilər cəlb edildi (VİDEO, YENİLƏNİB)

Saat 16:00-a olan məlumata görə, "Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşmüş 26 nəfərdən heç kim tapılmayıb.
Bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov operativ qərargahın mətbuat konfransında deyib.
O, bildirib ki, axtarışa xarici mütəxəssislər də cəlb olunub. Onlar platformaya yaxından baxıb vəziyyəti qiymətləndirəcək və aşağıda hansı işlərin görülməsinə qərar veriləcək.
Yanğın zəifləsə də, hələ qarşısını alamaq mümkün olmayıb.

Saat 12:00
“Axtarışlara FHN-in daha dörd və Sərhəd Mühafizə xidmətinin iki helikopteri, beş gəmisi cəlb edilib".
Bunu “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov mətbuat konfransında deyib. O bildirib ki, axtarışlar üç istiqamətdə - suda, havada və geofizika dalğıc gəmisi ilə aparılır. Bundan başqa sualtına aparatlar buraxılıb.
“Saat 11:00-a olan məlumata görə, axtarışlar bir nəticə verməyib. Amma helikopterlərin və gəmilərin axtarışlarda iştirakı bizə ümid veriri ki, itkin düşən neftçiləri tezliklə tapaq”.
Qurum rəsmisi bir daha qeyd edib ki, hadisə təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verməyib. Hadisəyə səbəb yüksək sürətli qasırğa, külək olub.

Saat 09:34
Xəzər dənizindəki Dövlət Neft Şirkətinə məxsus "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşən neftçilərin axtarışları davam etdirilir.
Ucarliyiq.biz xəbər verir ki, səhər saatlarından başlanılan axtarış əməliyyatına FHN-in 4 helikopteri cəlb olunub.
Xəzər dənizindəki hadisə ilə bağlı yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, platformada yanğın hələ də söndürülməyib. Hava şəraitinin əlverişsiz olması axtarışları çətinləşdirir.
Ötən gün "Günəşli” yatağında baş vermiş yanğın nəticəsində itkin düşən neftçilərdən 6-sı tapılıb. Onlar platformadan 65-70 kilometr aralıda tapılıb.
Ötən gün cəsədi tapılanlar:
Babayev Mikayıl İsmayıl oğlu -
52 yaş
Mayılov Samir Cahangir oğlu -
31 yaş
Quliyev Fəxrəddin Xancan oğlu - 58 yaş
İsgəndərov Habil Tağı oğlu -
55 yaş
Tağıyev Fuad Tahir oğlu
-
34 yaş
Mahmudov Ağa İzzət oğlu
47 yaş
Cəsədlər sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:
1 Qasımov İman Şura o. 01.12.1967
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3 Rzaxanov Edik Rivazin o. 15.01.1983
4 Babazadə Tural Fətəli o. 01.09.1993
5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8 Abdullayev Adil Ələkbər o. 19,02,1953
9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12 Niyazov Seyfəddin Abil o. 09.02.1968
13 İskəndərov İnqilab Osman o. 29.11.1957
14 Mayborda Oleq Akimoviç 21.11.1971
15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
16 İbrahimov Xalid Bəşir o. 12.08.1971
17 Həsənov Zaur Vahid o. 24.12.1975
18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21 Xəlilov Zaur Arif o. 15.09.1975
22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
23 Əliyev Əyyub Xəlil o. 22.07.1973