» » Dənizdən qızının nişanına gələ bilməyən ata

Dənizdən qızının nişanına gələ bilməyən ata

Dənizdən qızının nişanına gələ bilməyən ata

Dekabrın 4-də Xəzər dənizində baş vermiş iki faciədə itkin düşmüş Cavad Xudaverdiyev və Edik Rzaxanovun ailələri onlardan səbrsizlklə xəbər gözləyir. Faciəni xüsusi diqqətində saxlayan əməkdaşımız Aytəkin Alxaslı həmin ailələrdə olub.
Dənizdən qızının nişanına gələ bilməyən ata

Xaçmazın Əbilyataq kənd sakini, 44 yaşlı Cavad Xudaverdiyev dekabrin 4-də Neft Daşlarında baş verən faciəli hadisədən sonra itkin düşən 3 nəfərdən biridir. Onun ailəsi də göz yaşı içində, səbrsizliklə, qapıya baxa-baxa, ümidini üzməyə-üzməyə Cavaddan bir xəbər gözləyir.
Dənizdən qızının nişanına gələ bilməyən ata

Cavad Xudaverdiyev - dənizdə itkin düşmüş neftçi
Çəkiliş qrupu onun evində olarkən içəridə çoxlu izdiham olub. Nəzərləri çəkiliş qrupuna dikilən hər kəs "Cavaddan bir xəbər varmı?" deyə soruşub. Anası Səmayə, həyat yoldaşı Şəhla,10 yaşlı oğlu Sənanın Cavadı necə gözlədiyini təsəvvür etmək mümkün deyil.
Dənizdən qızının nişanına gələ bilməyən ata

Cavad Xudaverdiyevin oğlu atasının yolunu gözləyir
"Balalarıma anlada bilmirəm, balalarıma cavab verə bilmirəm. Xahis edirəm axtarışlar davam etsin. Balamı tapib gətirin, balamı istəyirəm",- deyə anası Səmayə Xudaverdiyeva bildirib. Həyat yoldaşı Şəhla Xudaverdiyeva isə deyir: "Ayin 4-ü saat 11-ə işləmiş zəng elədi. Axırıncı dəfə səsisni onda eşitmişəm, 5 gundur səsinə həsrətəm". Oğlu Sənan Xudaverdiyev də atasını istəyir: "Neylyirsiz eləyin, mənim atamı gətirin. Mən atam üçün darıxmışam".
Dənizdən qızının nişanına gələ bilməyən ata

Cavad Xudaverdiyev Qarabağ döyüşlərində
Axırıncı dəfə kənddə noyabrın 22- də olan Cavad Xudaverdiyev Qarabağ müharibəsi iştirakçısı olub. Ailə dekabrın 19-da Cavadin böyük qızının nişanına hazırlaşırmış.
Dənizdən qızının nişanına gələ bilməyən ata

Xaçmazda dəniz itkisindən xəbər gözləyən daha bir ailə isə Xudat şəhərində yaşayır. Günəşli yatağında baş verən bədbəxt hadisənin qurbanlarından biri də 3 qız atası 32 yaşlı Edik Rzaxanovdur. Edikin atası neçə gündür oğlundan ümidverici xəbər gözləyir.
Dənizdən qızının nişanına gələ bilməyən ata

Edik Rzaxanov - dənizdə itkin düşmüş neftçi
"Gəlməsə də, gəlsə də balamı mənə təqdim eləsin. Gozləyirəm yenə"- deyə Edik Rzaxanovun atası Rivazin Rzaxanov bildirib.
Hamı ümid edir ki, dəniz sularının yoxa çıxardığı bu iki neftçidən bir xəbər olacaq.
Dənizdən qızının nişanına gələ bilməyən ata