» » Neftçilər batan yerə ilk çatan gəminin komandiri öldü (FOTO)

Neftçilər batan yerə ilk çatan gəminin komandiri öldü (FOTO)

Neftçilər batan yerə ilk çatan gəminin komandiri öldü (FOTO)

Fövqəladə Hallar Nazirliyinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəfat edib. Nazirliyin mətbuat xidmətindən verilən əlumata görə,məlum olduğu kimi, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması işlərinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
"Təəssüflə qeyd edək ki, baş vermiş qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç dekabrın 7-də səhhətinin qəfil pisləşməsi səbəbindən Bakı şəhəri, Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, Vyaçeslav Kryuçkov dekabrın 8-də həmin xəstəxanada ürək çatışmazlığından vəfat edib".
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub
Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət etmiş, 10 noyabr 2008-ci ildən isə “Vixr-9” yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. Xidmətdə olduğu müddətdə özünü yüksək məsuliyyətli, peşəkar və fədakar əməkdaş kimi tanınıb. İki övladı var.
Allah rəhmət eləsin!
Neftçilər batan yerə ilk çatan gəminin komandiri öldü (FOTO)

Dekabrın 4-də Xəzərdə“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən faciə zamanı itkin düşən 29 nəfərdən 6-nın meyiti tapılıb. Ümumilikdə 7 nəfər ölüb.
Meyiti tapılanlar aşağıdakılardır:
Tağıyev Fuad Tahir oğlu,
Mahmudov Ağa İzzət oğlu
Babayev Mikayıl İsmayıl oğlu
Mayılov Samir Cahangir oğlu
Quliyev Fəxrəddin Xancan oğlu
İsgəndərov Habil Tağı oğlu
Həsənov Ramiz
23 nəfər itkin düşmüş hesab edilir, 33 nəfəri isə xilas etmək mümkün olub.
Xəzərdəki faciə ilə bağlı digər bütün məlumatlar aşağıdakı linklərdə:
6 neftçinin meyiti tapıldı (YENİLƏNİB I, VİDEO)
Rövnəq Abdullayevdən yanğındakı itkilərlə bağlı açıqlama (YENİLƏNİB - 2, FOTO)
Xilas edilən neftçi hadisənin necə baş verdiyini ANS-ə danışdı (VİDEO, YENİLƏNİB)
Xəstəxanadakı yaralıların siyahısı və diaqnozu (YENİLƏNİB)
Xəzərdəki faciədə bir nəfərin cəsədi tapıldı
Neft daşlarındakı faciə ilə bağlı yeni məlumat yayıldı (YENİLƏNİB)
Xəzərdə yanğında olan işçilərin son vəziyyəti (YENİLƏNİB, FOTO)
SOCAR prezidenti yanan platformada - özüldə işçilər qalıb (VİDEO, YENİLƏNİB)
"Reuters": Xəzərdə 32 nəfər ölüb
Prezident Xəzərdəki yanğınla bağlı sərəncam verdi
Xəzərdəki itkilərlə bağlı rəsmi açıqlama
Xəzərdə xilas edilən və itkin düşənlərin adları (TAM SİYAHI)
Azərbaycanda matəm elan olundu
Xəzərdə itkin düşənlərin axtarışlarına dalğıclar cəlb olundu
Xəzərdə itkin düşənlərlə bağlı son açıqlama verildi (YENİLƏNİB - 2)
"İtkin düşənlərin sağ qalmaq ehtimalı yoxdur"
Azərbaycanda bəzi telekanallar matəmə riayət etmir
Xəzər dənizindəki əməliyyatdan ilk görüntülər (VİDEO)
Xəzərdə baş verən faciə ilə bağlı ANS TV və ANS ÇM proqramını dəyişdi
Azərbaycan matəm içində: əyləncəli tədbirlər təxirə salındı, bayraqlar endirildi (FOTO)
Xəstəxanaya yerləşdirilən neftçilər haqda son məlumat
#PrayForAzerbaijan: "Günəşli" faciəsi sosial şəbəkələrdə anılır