» » Çempionlar Liqasında türk derbisi

Çempionlar Liqasında türk derbisi

Çempionlar Liqasında türk derbisi

Bu gün Çempionlar Liqasının qrup mərhələsində son turun oyunlarına start veriləcək.
Ucarliyiq.biz xəbər verir ki, 6-cı turda bir neçə komanda öz taleyini müəyyənləşdirmiş olacaq.
A qrupunda "Real" və PSJ növbəti mərhələyə vəsiqəni təmin edib. Bugünkü qarşılaşma onlar üçün formal xarakter daşıyır. Sadəcə, 3 xala malik olan "Şaxtyor" və "Malmö" Avropa Liqasına qatılmaq üçün son şanslarından istifadə etməyə çalışacaqlar.
B qrupunda isə vəziyyət bir qədər fərqlidir. Çünki 9 xalı olan "Volfsburq" doğma azarkeşləri önündə 8 xalla ikinci pillədə qərarlaşan "Mançester Yunayted"i qəbul edəcək. 7 xalla 3-cü pillədə olan PSV isə 4 xalla qrup sonuncusu olan Rusiya MOİK-ini sınağa çəkəcək. Göründüyü kimi, B qrupunda 3 komandanın növbəti mərhələyə çıxmaq şansı var.
Çempionlar Liqasında türk derbisi

"Qalatasaray" klubu.
C qrupunda 10 xala sahib olan "Atletiko" və "Benfika" növbəti mərhələyə vəsiqəni təmin edib. İstanbulda baş tutacaq qarşılaşmada isə "Qalatasaray" "Astana" ilə münasibətlərə aydınlıq gətirməlidi. Türk derbisində Avropa Liqasına kimin layiq olduğu bəlli olacaq.
D qrupunda da növbəti mərhələyə yüksələn komandaların sahibləri bəllidi. "Yuventus" 11 xalla birinci, "Mançester Siti" isə 9 xalla ikincidi. Son turda "Mançester Siti" "Borussiya" ilə oyunda qrup liderliyinə yüksəlməyə çalışacaq. "Sevilya" isə "Yuventus"la oyuna qalib gəlməklə, Avropa Liqasına yollanmaq niyyətindədir.
UEFA Çempionlar Liqası, qrup mərhələsi
VI tur
8 dekabr
A qrupu
23:45. PSJ (Fransa) – "Şaxtyor” (Ukrayna)
23:45. "Real” (Madrid, İspaniya) – "Malmö” (İsveç)
B qrupu
23:45. "Volfsburq” (Almaniya) – "Mançester Yunayted” (İngiltərə)
23:45. PSV (Hollandiya) – MOİK (Moskva, Rusiya)
C qrupu
23:45. "Benfika” (Portuqaliya) – "Atletiko” (İspaniya)
23:45. "Qalatasaray” (Türkiyə) – "Astana” (Qazaxıstan)
D qrupu
23:45. "Mançester Siti” (İngiltərə) – "Borussiya” (Münhenqladbax, Almaniya)
23:45. "Sevilya” (İspaniya) – "Yuventus” (İtaliya)