» » İtkin düşən neftçinin ailəsinin gözü yoldadır (VİDEO)

İtkin düşən neftçinin ailəsinin gözü yoldadır (VİDEO)

İtkin düşən neftçinin ailəsinin gözü yoldadır (VİDEO)

Günəşli yatağındakı 10 saylı platformada qazmaçı işləyən İnqlab İsgəndərovun ailəsinin gözü 4 gündür yollardadır. Hər gün ailənin yaxınları onlara təsəlli vermək üçün yaşadıqları Mingəçevir şəhəri, Maqomayev 54 ünvanına toplaşır. 81 yaşlı Qəmər nənənin isə yeganə təsəllisi oğlundan gələcək hər hansı xəbərdir.
İtkin düşən neftçinin ailəsinin gözü yoldadır (VİDEO)

İnqlab İsgəndərov -10 saylı platformada itkin düşən qazmaçı
"20 dədqiə geciksələr mənə xəbər verirdilər ki, ana işimiz var gələ bilmirik. Gözləyirik bəlkə gəldi..."- deyə itkin düşən qazmaçının anası Qəmər İsgəndərova bildirib.
İtkin düşən neftçinin ailəsinin gözü yoldadır (VİDEO)

Qəmər İsgəndərova - İnqlab İsgəndərovun anası
Qəmər nənə deyir ki, oğlu Bakıya noyabrın 19- da yola düşüb. Həmin ayın 29- u 58-ci doğum gününü işlədiyi platformada iş yoldaşları ilə qeyd edib. Ən son dekabrın 3- də əlaqə saxladıqlarını deyən İnqlab İsgəndərovun oğlu Tural, atasının ona 2 gün sonra gələcəyini deyib.
İtkin düşən neftçinin ailəsinin gözü yoldadır (VİDEO)

Tural İsgəndərov-İnqlab İsgəndərovun oğlu
"Ayın 3- də danışdıq ayın 4- ü zəng elədim zəng çatmadı ondan bəri də zəng çatmır. Şəhərdəki qərargahda da olduq, morqda da olduq, Sabunçuda da hər yerdə olmuşuq"-deyə Tural İsgəndərov bildirib.
İndi İsgəndərovlar hər gələn zəngə, hər döyülən qapıya ümidlə baxır. İnqlab İsgəndərovun sağ qalması ehtimalına inanmasalar belə...