» » Davudoğlu: Əliyev dosta-düşmənə göstərdi ki...

Davudoğlu: Əliyev dosta-düşmənə göstərdi ki...

Davudoğlu: Əliyev dosta-düşmənə göstərdi ki...

"İlham Əliyev "hər nə olursa olsun Türkiyənin yanındayıq" deyərək dosta, düşmənə harada olduqlarını göstərdi". Ucarliyiq.biz xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu partiyasının - AKP-nin (Ədalət və İnkişaf Partiyası) qrup toplantısında deyib.
O, iclas zalından bir neçə gün öncə Bakıda görüşdüyü Azərbaycan prezidenti İlham Əliyevə salamlarını göndərib. Baş nazir ikiölkənin ortaq layihə və təşəbbüslərinin region ölkələrinə xidmət edəcyini deyib.
"Biz Avropa xalqıyıq. Biz olmadan Azvropanın tarixi, gələcəyi yazıla bilməz. Biz Asiya xalqıyıq. Biz olmasaq Asiyanın da tarixi, gələcəyi yazıla bilməz".
Davudoğlu toplantıda Rusiya ilə gərginləşən münasibətlərə də toxunub. O, deyib ki, Türkiyənin hava, dəniz sərhəddini qorumaq haqqı var.
"Biz Suriya torpaqlarına müdaxilə etmədik. Milləti bilinməyən bir təyyarə hava məkanımızı pozdu. Hər hansı bir ölkəni hədəfə almamışıq, sadəcə müdafiə vəzifəmizi yerinə yetirdik.
Rusiya rəhbərliyi gözlədiyimiz reaksiyanı göstərmədi. Ağır ittihamlara məruz qalırıq. Bu hadisə Rusiya-Türkiyə arasında, Rusiya-Suriya arasında arasında yaşanmadı. Hadisə Türkiyə-Suriya arasında baş verib.
Türkmən dağında hələdə soydaşlarımız qətlə yetirilir. Buna səssiz baxa bilmərik".
Davudoğlu Rusiya ilə hər cür müzakirələrə hazır olduqlarını bir daha dilə gətirib. O, deyib ki, Türkiyə Rusiyanın sanksiyaları ilə çətinə düşəcək bir ölkə deyil və akternativ planlar hazırlanır.
Türkiyənin baş naziri Mosula hərbi qüvvə yeritməsindən sonra İranla münasibətlərdən də danışıb. O, deyib ki, Türkiyəni İranı çətin zamanlarda yanlız qoymayıb. "Bütün riskləri gözə alaraq embarqoların aradan qaldırılması üçün səs verdik. Əgər İran belə münasibətinə davam edərsə Türkiyə-İran münasibətlərinə böyük ziyan dəyər. Məqsədimiz İŞİD-la mübarizə aparmaqdır. Heç kimin torpağında gözümüz yoxdur".
Davudoğlu Bakıdan Ermənistana səsləndi

Davudoğlu: Əliyevə rus təyyarəsi barədə məlumat verdim (VİDEO)

Davudoğlu Azərbaycan bayrağını öpdü