» » Şimal və cənub qonşuları ABŞ-ı külli miqdarda cərimə edəcək

Şimal və cənub qonşuları ABŞ-ı külli miqdarda cərimə edəcək

Şimal və cənub qonşuları ABŞ-ı külli miqdarda cərimə edəcək

Kanada və Meksikanın “etiketləşdirmə qaydaları" ilə bağlı ABŞ-a qarşı arbitraj məhkəməsində qaldırdığı iddiası təmin olunub. Ölkələrin ticarət əlaqələrində mübahisənin yaranmasına, ABŞ-ın həmin ölkələrdən idxal olunan mal və donuz əti məhsullarında icbari qaydada istehsal yerinin və digər məlumatların göstərilməsi ilə bağlı federal qanun səbəb olub. Ümumdünya Ticarət Təşkilatının çıxardığı qərara görə, ABŞ-ın həmin qanunu, ölkənin üzvü olduğu Şimali Amerika Azad Ticarət zonasının nizamnaməsi ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də dəymiş maddi ziyana görə, Kanada və Meksikaya bu siyasətilə bağlı ABŞ-ı 1 milyard dollara yaxın cərimə etməsinə icazə verilib.
Qalmaqallı qanuna görə, Meksika və Kanadadan gətirilən ət məhsullarının etiketində heyvanın harada doğulduğu, harada böyüdüyü və hansı sallaqxanada kəsildiyi göstərilməli olub ki, qonşu ölkələr bununla azad ticarət zonasına ədalətli rəqabət prinsiplərinin pozulduğunu hesab edib. Həmin qanun 2002-ci ildə ABŞ istehlakçılarının alınan ərzağın mənşəyi ilə bağlı məlumatlılığını və şəffaflığı artırmaq məqsədilə qəbul olunub.