» » ABŞ-da göldə gizlənən oğrunu timsah yedi

ABŞ-da göldə gizlənən oğrunu timsah yedi

ABŞ-da göldə gizlənən oğrunu timsah yedi

O izi itirmək üçün suya girib.

ABŞ-ın Florida ştatında oğurluqda şübhəli bilinən şəxsi göldə timsah yeyib. 

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, noyabrın 13-də Berfut-Bey qəsəbəsinin sakinləri polisə evlərinin ətrafında mütəmadi olaraq iki şübhəli şəxsin gəzdiyi barədə məlumat veriblər.

Polis axtarışa başlayaraq, oğruların izinə düşüb. Cinayətkarların axtarışına polis itləri və vertolyot da cəlb edilib. Lakin caniləri tutmaq mümkün olmayıb.

Elə həmin ərəfələrdə Palm-Bey sakini 22 yaşlı Metyu Riqqins itkin düşüb. Onun cəsədi 10 gün sonra göldə tapılıb. 

Ekspertiza göstərib ki, Riqqinsə timsah hücum edib. 3,4 metr uzunluğu olan timsahın mədəsindən insan bədəninin hissələri tapılıb.

Polis rəisinin sözlərinə görə, Riqqins öz rəfiqəsini oğurluğa gedəcəyi barədə əvvəlcədən xəbərdarlıq edib. O izinə polis itlərinin düşdüyünü görüb və izi itirmək üçün suya girib. 

Lakin bu qərar sonda faciə ilə nəticələnib.