» » ​Türkiyə “Rossiya 1” telekanalının çəkiliş qrupunu deportasiya edib

​Türkiyə “Rossiya 1” telekanalının çəkiliş qrupunu deportasiya edib

​Türkiyə “Rossiya 1” telekanalının çəkiliş qrupunu deportasiya edib

“Jurnalistlər Suriya ilə sərhəd əyalətdə saxlanılıblar”.

Türkiyə “Rossiya 1” telekanalının çəkiliş qrupunu deportasiya edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya dövlət teleradio şirkətinin mətbuat xidmətindən bildirilib.  

Rəsmi Ankara Rusiya səfirliyinə baş verən hadisənin səbəblərini açqılamaqdan imtina edib.

“Jurnalistlər Türkiyənin cənub-şərqində Suriya ilə sərhəd Hatay əyalətində saxlanılıblar. Bu, onlar qonşu Qaziantep əyalətinə yollanarkən baş verib”, - məlumatda bildirilir.

“Xüsusi müxbir” verilişinin jurnalistlərinin mülki geyimli naməlum şəxslər tərəfindən saxlanıldığı bildirilir. Rusiya telekanalı iddia edir ki,  jurnalistləri saxlayan şəxslər özlərini təqdim etməkdən və sənədlərini göstərməkdən imtina ediblər.