» » İran Rusiyadan T-90 tankı alır

İran Rusiyadan T-90 tankı alır

İran Rusiyadan T-90 tankı alır

“Bizim Rusiya ilə hərbi sahədə əməkdaşlığımız güclənib”.

İran Rusiyadan T-90 tankı almaq niyyətində olduğunu bildirib.

ucarliyiq.biz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İranın quru qoşunlarının komandiri Əhməd Reza Purdastan Tehranda yerli jurnalistlərə açıqlamasında bildirib.

“Bizim Rusiya ilə hərbi sahədə əməkdaşlığımız güclənib. Bu səbəbdən Rusiyadan T-90 tankının alınması gündəmdir. Ümid edirik ki, müvafiq razılıq əldə ediləcək və bizim mütəxəsisslərimiz Rusiyaya bu müasir texnikanın istifadə edilməsi qaydalarını öyrənmək üçün yollanacaqlar”, - general deyib.