» » KİV: Əl-Bağdadi Liviyaya köçüb

KİV: Əl-Bağdadi Liviyaya köçüb

KİV: Əl-Bağdadi Liviyaya köçüb

Buna qədər o, Türkiyədə idi.

İranın dövlət agentliyi FARS “İslam dövləti”nin (İŞİD) lideri Abu Bəkr əl-Bağdadinin Liviyaya köçməyi barədə məlumat yayıb.

ucarliyiq.biz Gazeta-ya istinadən xəbər verir ki, agentliyin məlumatına görə, buna qədər əl-Bağdadi Türkiyədə idi.

Terrorçuların rəhbərinin Bağdadda İŞİD-ə qarşı koordinasiya mərkəzi tərəfindən təqibdən yayınmaq üçün Liviyaya köçdüyü barədə məlumat yayılıb. O, bir neçə dəfə məhv olma təhlükəsi ilə üzləşib.

İran KİV-i əl-Bağdadinin Müammar Qəddafinin doğma şəhəri Liviyanın Sirt şəhərinə gəldiyi barədə məlumat yayıblar. Bu ərazi ekstremistlərin nəzarəti altındadır.