» » Rusiya sualtı qayığı İŞİD-i belə vurdu – VİDEO

Rusiya sualtı qayığı İŞİD-i belə vurdu – VİDEO

Rusiya sualtı qayığı İŞİD-i belə vurdu – VİDEO

“Raketlər ümumilikdə özlərini yaxşı göstərdi”.

Rusiyanın Müdafiə Nazirliyi dəniz bazalı “Kalibr” qanadlı raketlərin “Rostov-na-Donu” sualtı gəmisindən Suriyada “İslam dövləti” (İŞİD) mövqelərinə atılmasının əks olunduğu videonu yayıb.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, çarx hərbi nazirliyin YouTube-dakı səhifəsində dekabrın 9-da yerləşdirilib.

“Nəticədə, Rakka əyalətində İŞİD-in iki mühüm komanda məntəqəsi məhv edilib”, çarxın təsvirində deyilir.

Müdafiə naziri Sergey Şoyqu raketlərin buraxılması barədə dekabrın 8-də prezident Vladimir Putinə məruzə edib. O, Rusiyanın “Rostov-na-Donu” sualtı gəmisinin Aralıq Dənizinin akvatoriyasında yerləşdiyini bildirib.

Prezident yeni, yüksəkdəqiqlikli silahın zərbələrinin nəticələrini öyrənməyi tapşırıb, bununla yanaşı raketləri nüvə başlıqları ilə təchiz etməyin lazım gəlməyəcəyinə ümid etdiyini bildirib.

“Həm “Kalibr”, həm də “A-101” raketləri özlərini çox yaxşı göstərdi, bu, yeni, müasir və effektiv, yüksəkdəqiqlikli silahdır.

Bununla yanaşı bu silah həm adi başlıq, həm də nüvə başlığı ilə təchiz edilə bilər. Təbii ki, terrorçular ilə mübarizədə bu lazım deyil. Ümid edirəm ki, lazım olmayacaq da”, - Putin deyib.