» » Boyu 170 sm-dən yuxarı olan xanımların nəzərinə!

Boyu 170 sm-dən yuxarı olan xanımların nəzərinə!

Boyu 170 sm-dən yuxarı olan xanımların nəzərinə!

DİN hərbi xidmətə qəbul elan edir.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsi qadınların hərbi xidmətə qəbulunu elan edib.

Daxili Qoşunların mətbuat xidmətindən ucarliyiq.biz-ə  verilən məlumata görə, Baş İdarə Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edir.

Xidmətə qəbulun şərtləri:  hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli; boy ölçüsü 170 sm-dən yuxarı; yaşı 19-dan aşağı və 25-dən yuxarı olmayan; ən azı orta təhsilli.

Hərbi xidmətin xüsusiyyətləri: xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla  bilər.

Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I-III-V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri saat 09:00-dan 12:30-dək Daxili Qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.