» » Kerri Moskvaya hazırlaşır

Kerri Moskvaya hazırlaşır

Kerri Moskvaya hazırlaşır

Suriya və Ukraynadakı vəziyyət müzakirə ediləcək.

ABŞ-ın baş katibi Con Kerri çərşənbə günü dekabrın 9-da yaxın günlərdə Rusiya paytaxtına səfər edəcəyini bildirib, ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir.

“Bir həftə sonra Moskvaya uçacam, orada Putin və Lavrov ilə görüşəcəm. Biz Suriya və Ukraynadakı vəziyyəti müzakirə edəcəyik”, - Parisdə səfərdə olan Dövlət departamentinin rəhbəri bildirib.

Kerrinin sözlərinə görə, Rusiya Vyanadakı danışıqların təşkilində fəal iştirak edərək Suriya böhranının tənzimlənməsinə konstruktiv yanaşma nümayiş etdirib.

Kremldə Rusiya prezidenti Vladimir Putinin Con Kerrini qəbul edəcəyini istisna etmirlər. Bu barədə dövlət rəhbərinin mətbuat katibi Dmitri Peskov bildirib, TASS məlumat yayıb.