» » Kim Çen Inın hidrogen bombası da var

Kim Çen Inın hidrogen bombası da var

Kim Çen Inın hidrogen bombası da var

“Biz böyük nüvə dövləti ola bildik”.

Şimali Koreya hidrogen bombasına malikdir.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə KXDR-nın lideri Kim Çen In bəyan edib.

“Biz öz müstəqilliyimizi və vətənimizin milli ləyaqətini nüvə və hidrogen bombalarının qüvvəsi ilə müdafiə edə biləcək böyük nüvə dövləti ola bildik”, - Kim Çen In bildirib.

Bununla yanaşı o, hərbi sənayeni fəal şəkildə inkişaf etdirməyə çağırıb.

Bu günə qədər KXDR-da hidrogen bombasının olmasına dair məlumat yayılmamışdı.