» » Tsukerberq müsəlmanları dəstəklədi

Tsukerberq müsəlmanları dəstəklədi

Tsukerberq müsəlmanları dəstəklədi

“Azadlığa hücum zamanla hamıya xələl gətirəcək”.

Facebook sosial şəbəkəsinin təsisçisi Mark Tsukerberq öz rəsmi səhifəsində ABŞ prezidenti postuna namizəd milyarder Donald Trampın bəyanatı ilə əlaqədar qalmaqal fonunda müsəlmanlara dəstək olub.

ucarliyiq.biz bu barədə Gazeta-ya istinadən xəbər verir.

“Yəhudi olan valideynlərim məni istənilən icmaya hücumlara qarşı durmağı öyrədirdilər. Bu gün hücum sizə yönəlməsə də, azadlığa olan hücumlar zamanla hamıya xələl gətirəcək”, - o deyib.

Tsukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, yalnız insanlar bir-birində yaxşı tərəfləri gördükdə daha yaxşı bir dünya qurmaq imkanı mövcud olur.