» » Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Xarici mətbuat siyahı dərc etdi.

Xarici mətbuat dünyada ən gözəl hesab olunan birinci xanımların siyahısını dərc edib. 

ucarliyiq.biz-ın məlumatına görə, siyahıda Azərbaycanın birinci ledisi Mehriban Əliyeva da yer alıb.

Dominika Uattara (Kot-d'İvuar)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Dominika 1953-cü ildə Fransız Əlcəzairində doğulub və 1991-ci ildə Kot-d'İvuarın indiki prezidenti Alassana Uattaraya ərə gedib. Uattaraya islama inanır, Dominik isə xristiandır.

Mişel Obama (ABŞ)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

ABŞ tarixində ilk afroamerika mənşəli birinci xanım bütün dünyada qadınlar üçün bariz nümunə sayılır. O yalnız əla zövqə malik deyil, həm də kəskin ağıla sahibdir. Mişel Prinston universitetini və ABŞ-da ən nüfuzlu təhsil müəssisəsi Harvardın hüquq fakultəsini bitirib. Mişel Obama uzun müddət vəkil işləyib.

Şahzadə Lalla Salma (Mərakeş)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Mərakeş kralı Məhəmməd VI arvadı 1978-ci ildə müəllim ailəsində doğulub və üç yaşında yetim qalıb. Onu nənəsi böyüdüb. Lalla informasiya sistemləri mühəndisliyini öyrənib və kralla nikaha qədər bu vəzifədə işləyib.

Şahzadə Djeçun Pema (Butan)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Butanda Əjdahalar Şahzadəsi çağırılan ən gənc birinci xanım Londonda Reqents kollecini qurtarıb. O, burada beynəlxalq münasibətlər, psixologiya, incəsənət və tarix öyrənib.

Mehriban Əliyeva

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Mehriban Əliyeva ziyalı ailəsində dünyaya gəlib. O, məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

Silviya Bonqo Ondimba (Qabon)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Paris sakininə uşaqlıqda dünya üzrə çox səyahət etmək nəsib olub. Onun ailəsi əvvəl Fransadan Kameruna köçüb, sonra Tunisə və yalnız doqquz il sonra Silviya Qabonda olub. Bu ölkədə o təhsil alıb və onun anası isə gələcək ərinin katibi olub.

Anxelika Rivera (Meksika)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Anxelika 2010-cu ildə Mexiko ştatının qubernatoru Enrike Penyu Netuya ərə gedib. 2012-də Enrike Penyu Netu Meksika prezidenti seçilib.

Asma al-Əsəd (Suriya)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Asma 2000-ci ildə Suriya prezidenti Bəşər Əsədlə evlənədək beynəlxalq investisiyalar sahəsində işləyirdi.

Şahzadə Letisiya (İspaniya)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

İspaniya kralı VI Filippla nikaha qədər Letisiya xəbərlər aparan məşhur jurnalist idi və öz gözəlliyi sayəsində tamaşaçıların sevimlisi olub.

Marina Poroşenko (Ukrayna)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

Ukraynanın birinci ledisi Marina Poroşenko gözəl ailə sahibi olmaqla yanaşı həkim-kardioloq, tibbi elmləri namizədir.

Şahzadə Raniya (İordaniya)

Mehriban Əliyeva ən gözəl birinci xanımlar sırasında – FOTO

İordaniya Şahzadəsi bütün dünyada öz aktiv siyasi mövqeyi ilə məşhurdur. O, qadın hüquqlarını, fələstin cəmiyyətini müdafiə edir. Şahzadə uşaqlarla qəddar rəftarla mübarizə üzrə genişmiqyaslı kampaniyalar keçirir və səhiyyə, təhsil və mədəniyyətlər arası dialoqla bağlı müxtəlif tədbirlərdə iştirak edir.