» » Azərbaycan Gürcüstana 171 milyon dollar pul yatırıb

Azərbaycan Gürcüstana 171 milyon dollar pul yatırıb

Azərbaycan Gürcüstana 171 milyon dollar pul yatırıb

Cəmi 9 aya.

Gürcüstanın statistika xidmətinin ilkin məlumatına əsasən, 2015-ci ilin 3-cü rübündə birbaşa xarici investisiyaların həcmi 489 milyon dollardan ibarət olub, bu isə 2014-cü ilin analoji dövrü üçün olan göstəricilərdən 33% azdır və 2015-ci ilin 2-ci rübündə olan göstəricilərdən isə 38% çoxdur.

ucarliyiq.biz bu barədə “Qruziya online”a istinadən xəbər verir.

2015-ci ilin 3-cü rübündə investisiyaların həcmi 1,019 milyard dollar olub, bu isə 2014-cü ilin analoji dövrü üçün olan göstəricilərdən 17% azdır.

3-cü rübdə investisiyaların əsas hissəsi Azərbaycanın, (ümumi həcmin 35%-i), Hollandiyanın (11%) və Türkiyənin (9%) payına düşür.  

Bu dövrün investisiyalarının 72%-i iqtisadiyyatın əsasən 3 sahəsinə – nəqliyyat və rabitə (218 milyon dollar və ümumi həcmin 45%-i), maliyyə sektoru (73 milyon) və inşaatın (63 milyon dollar) payına düşür.