» » Cüdo üzrə İran çempionu Suriyada öldü - VİDEO

Cüdo üzrə İran çempionu Suriyada öldü - VİDEO

Cüdo üzrə İran çempionu Suriyada öldü - VİDEO

Onun dəfn mərasimi bu gün keçiriləcək.

Cüdo üzrə İran çempionu Mustafa Şeyxülislami Suriyada müqəddəs məkanların müdafiəsi zamanı öldürülüb.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, M. Şeyxülislami İranın cüdo üzrə milli komandasının üzvü olub.

M. Şeyxülislami Suriyada öldürülən ilk iranlı idmançıdır. Onun dəfn mərasimi bu gün İranın Çalus şəhərində keçiriləcək.

Qeyd edək ki, ötən gün İran saytları Suriyada öldürülən 7 iranlının Qum şəhərində dəfn olunduğu barədə məlumat yayıb. Onların kimliyi və Suriyanın hansı bölgəsində öldürüldüyü açıqlanmır. Təkcə qeyd olunur ki, həmin şəxslər İŞİD terror qruplaşması ilə qarşıdurmalarda öldürülüblər.

Xatırladaq ki, son aylarda İran İslam İnqilabı Keşikçilər Korpusunun Suriyada 50-dən çox zabiti və əsgəri həlak olub.