» » Qazaxıstan Azərbaycanın ekstremizmlə mübarizə təcrübəsini öyrənir

Qazaxıstan Azərbaycanın ekstremizmlə mübarizə təcrübəsini öyrənir

Qazaxıstan Azərbaycanın ekstremizmlə mübarizə təcrübəsini öyrənir

“Biz vətəndaşlıqdan məhrumetmə təcrübəsi məsələsini öyrənirik”.

Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin dini işlər üzrə komitəsi Azərbaycanın digər ölkələrdə terror fəaliyyətində iştirak edənləri vətəndaşlıqdan məhrumetmə üzrə təcrübəsini öyrənir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə komitənin sədri Qalım Şoykin bildirib.

“Biz ekstremizmlə mübarizənin və qarşısının alınmasının beynəlxalq qanunvericilik təcrübəsini öyrənirik. İndi, məsələn, biz vətəndaşlıqdan məhrumetmə təcrübəsini öyrənirik.

Bu yaxınlarda Azərbaycan terror fəaliyyətində iştirak etmək üçün xarici ölkələrə gedən şəxslərin vətəndaşlıqdan məhrum edilməsi barədə qərar qəbul edib”, - Şoykin cümə günü jurnalistlər üçün treninqdə deyib.

O vurğulayıb ki, təcrübə hələ öyrənilir və qərar qəbul edilməyib.

Şoykin bu tədbirin çatışmazlığı kimi ekstradisiyanın və həmin şəxslərin cəzalanmasının mümkün olmamasını göstərib.

“Digər təkliflər də var, əsasən pasportun alınması. Yəni vətəndaşlıqdan məhrumetmədən, terror fəaliyyəti göstərən şəxslərin hərəkətini məhdudlaşdırmaq üçün pasportun alınması”, - komitə rəhbəri əlavə edib.