» » Krımda türk memorialını təhqir etdilər – FOTO

Krımda türk memorialını təhqir etdilər – FOTO

Krımda türk memorialını təhqir etdilər – FOTO

Oxşar hallar əvvəllər də yer alıb

Sevastopolda Krım müharibəsində həlak olan türk əsgərlərinin xatirəsinə ucaldılmış memoriala qarşı vandalizm aktı törədilib.

ucarliyiq.biz-ın APA-ya istinadən verdiyi xəbərə əsasən, bu barədə özünün Facebook  səhifəsində Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov yazıb.

O qeyd edib ki, naməlum şəxslər memoriala gedən yolda quraşdırılan məlumat lövhəsində təhqiredici söz yazılıb.
 
Xatırladaq ki, oxşar hallar Sevastopolda əvvəllər də yer alıb. Konkret olaraq şəhərin alman faşistlərindən azad olunmasında iştirak edən və həlak olan azərbaycanlı əsgərlərin xatirəsinə ucaldılmış abidə 2009-cu ildə qismən dağıdılıb. 

2014-cü ildə türk memorialı təhqir olunub, bu ilin may ayında isə azərbaycanlı əsgərlərin xatirə abidəsinə qarşı növbəti vandalizm aktı törədilib.