» » Azərbaycandan məcburi çıxarılan əcnəbilərin sayı açıqlandı

Azərbaycandan məcburi çıxarılan əcnəbilərin sayı açıqlandı

Azərbaycandan məcburi çıxarılan əcnəbilərin sayı açıqlandı

Xidmət məlumat yaydı.

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 2015-ci ilin noyabr ayı ərzində 1848 əcnəbi tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

Bu barədə Xidmətdən ucarliyiq.biz-a bildirilib.

“Onlardan 12-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 142 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1301 əcnəbinin ölkə ərazisini 48 saat ərzində tərk etmələri, 393 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 8276 müraciət daxil olub”, - deyə Xidmətdən qeyd edilib. 

Qeyd edək ki, ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 40 867 əcnəbinin müraciəti qeydə alınıb.