» » Jak Şirak xəstəxanaya yatırıldı

Jak Şirak xəstəxanaya yatırıldı

Jak Şirak xəstəxanaya yatırıldı

“O, bir neçə gün xəstəxanada qalacaq”.

Fransanın keçmiş prezidenti Jak Şirak tibbi baxış üçün xəstəxanaya yatırılıb, bu barədə onun qızı Klod Şirak bildirib.

ucarliyiq.biz xəbər verir ki, 83 yaşlı siyasətçinin sağlamlığı üçün heç bir təhlükə yoxdur.

“Son günlərdə özündə zəiflik hiss edən Jak Şirak tam tibbi müayinədən keçmək üçün xəstəxanaya yatırılıb. O, bir neçə gün xəstəxanada qalacaq”, Şirakın qızı bildirib.

Jak Şirak 1995-ci ildən 2007-ci ilə qədər Fransanın 22-ci prezidenti olub. Şirak hakimiyyətdə olduğu dövrdə prezident səlahiyyətinin müddəti 7 ildən 5 ilə keçirilib.

Ümumilikdə Şirak Yelisey sarayında 12 il keçirib, bununla da o, 14 il prezident olan Fransua Mitteramdan sonra ikinci uzun müddət prezident olan şəxsdir.