» » Tbilisi Rusiyanı hava məkanını pozmaqda ittiham etdi

Tbilisi Rusiyanı hava məkanını pozmaqda ittiham etdi

Tbilisi Rusiyanı hava məkanını pozmaqda ittiham etdi

Helikopter bir neçə dəqiqə sonra geri qayıdıb.

Rusiyanın hərbi helikopteri Gürcüstanın hava məkanını pozub. Tbilisinin məlumatına görə, helikopter bir neçə dəqiqə ərzində Gürcüstan səmasında olub.

ucarliyiq.biz İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdə Rusiya helikopterinin işğal xəttini keçərək bir neçə dəqiqə sonra geri qayıtdığı vurğulanıb.

Gürcü hakimiyyəti Abxaziya və Cənubi Osetiyanın ərazisini işğal edilmiş ərazi hesab edir.

Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında hadisənin dəqiq harada baş verdiyi bildirilmir. Baş verənlər haqqında Gürcüstanın hadisələrin qarşısının alınması və onlara reaksiya üzrə komissiyasına məlumat verilib.

Rusiya Müdafiə Nazirliyindən hələlik rəsmi şərh daxil olmayıb.