» » Portuqaliyada 91 yaşlı qarı seks zamanı öldü

Portuqaliyada 91 yaşlı qarı seks zamanı öldü

Portuqaliyada 91 yaşlı qarı seks zamanı öldü

Qonşularının sözlərinə görə, o, sevgi dolu biri idi.

Portuqaliyada 91 yaşlı qarı 49 yaşlı qonşusu ilə sekslə məşğul olarkən ölüb. Yerli “Jornal de Noticias” nəşrinin yazdığına görə, təqaüdçü qadının ölümünə bədbəxt hadisə səbəb olub.

Yaşlı qadının cəsədi çarpayısında qonşusu Anna Martins tərəfindən aşkar edilib. Təqaüdçü qadın beldən aşağı çılpaq olub, yanında isə seks-şopdan alınan oyuncaqlar olub.

“O, çarpayıda vibratorla çılpaq uzanmışdı. Onun üzündə yalnız iki kiçik ləkə gördüm. Sinəsinin üzərində isə ərinin şəkli var idi”- Martins deyib.

Ölən qadın dənizçinin dul arvadı idi, o daima fəallıq nümayiş etdirib və “kişilərə naz etməyi” sevirdi.

Ölüm ayağında olarkən onun yanında şahidin olması qadının bədənində bioloji izlərdən aşkar edilib. Evin qapısı qırılmadığı, evdən heç nəyin itmədiyinə görə, polislər qadının seksual tərəfdaşını onun tanışlarının içində axtarmaq qərarına gəliblər.

Tez bir zamanda qonşusu, iki uşaq atası olan 49 yaşlı kişinin tez-tez onlara gəldiyi, ev işlərində ona yardım etdiyi məlum olub. Bəzən isə o qadına “seksual yardım” da göstərirdi.  

DNT analizi qadın ölməmişdən qabaq, məhz onunla əyləndiyini aşkar edib.

Kişi isə öz növbəsində 91 yaşlı qadının yaşına görə, həddən artıq aktiv həyat tərzi yaşadığını deyib.

İstintaq müəyyən edib ki, kişi qadınla ölümündən qabaq sekslə məşğul olub. Bir anlıq qadının sağlığı seksual oyunlara tab gətirməyib və o boğulub. Cəsəd yarıldıqdan sonra qadının asfiksiya nəticəsində öldüyü məlum olub.

İlkin dinləmələr zamanı ittiham edilən şəxsin zaminə buraxılması qərara alınıb. Məhkəmədə qadının bədbəxt hadisə nəticəsində öldüyü sübut edilib.