» » Gürcüstan Rusiyanı təxribatda ittiham etdi

Gürcüstan Rusiyanı təxribatda ittiham etdi

Gürcüstan Rusiyanı təxribatda ittiham etdi

Ölkənin Xarici İşlər Nazirliyi bəyanat yaydı.

Gürcüstan Xarici İşlər Nazirliyi ölkənin hava məkanının Rusiya tərəfindən pozulmasını təxribat kimi qiymətləndirir.

ucarliyiq.biz “Qruziya Online”a istinadən xəbər verir ki, bunula bağlı Gürcüstan XİN bəyanat yayıb.

Bəyanatda bildirilir ki, son iki gün ərzində Gürcüstanın hava məkanı iki dəfə pozulub.

“9 dekabr 2015-ci ildə, saat təxminən 18:48 radələrində, Çxinval regionunda Rusiyaya məxsus pilotsuz uçan apparat Qori bələdiyyəsinin Koşka və Ququtiantkari kəndlərində Gürcüstan DİN-in nəzarəti altında olan postların üstündən uçaraq ölkənin hava məkanını pozub.

10 dekabr 2015-ci il tarixində, saat təxminən 12:48 radələrində, Çxinval regionunda Rusiyaya məxsus Mİ-8 vertolyotu Qori bələdiyyəsinin Mereti kəndində Gürcüstan DİN-in polis bölməsinin üzərindən uçaraq keçib.

Suveren dövlətə qarşı həyata keçirilən bu təxribat bir daha göstərir ki, Rusiya Federasiyası beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur.

Gürcüstan XİN Rusiya Federasiyasını beynəlxalq hüququn öhdəliklərini və 2008-ci il avqustun 12-də bağlanmış atəşkəsin şərtlərini yerinə yetirməyə çağırır”, - bəyanatda bildirilir.