» » Ərdoğan: Hərbçilərimizin İraqdan çıxarılması müzakirə olunmur

Ərdoğan: Hərbçilərimizin İraqdan çıxarılması müzakirə olunmur

Ərdoğan: Hərbçilərimizin İraqdan çıxarılması müzakirə olunmur

“Bizim hərbçilər İraqa yalnız təlimatçı qismində gedib”.

Türkiyənin öz hərbi qulluqçularının İraqın ərazisindən geri çağırmaq niyyəti yoxdur.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

“2014-cü ildə İraqın baş naziri Heydər əl Abadi Türkiyəyə səfəri zamanı İraq hərbçiləri və polislərinə təlim keçirilməsinə dair müraciət edib. Bizim hərbçilər İraqa yalnız təlimatçı qismində gedib, onların fəaliyyəti təlimlə kifayətlənir. Təlimatçıların sayı təlim iştirakçılarının sayından asılı olaraq dəyişə bilər. Hazırda hərbçilərimizin İraqdan çıxarılması barədə söhbət getmir”, -  Ərdoğan qeyd edib.     

O əlavə edib ki, dekabrın 21-də Türkiyə, Şimali İraq Kürd Muxtariyyəti və ABŞ arasında görüş baş tutacaq. Görüşdə İraqdakı vəziyyət müzakirə ediləcək.