» » Nyu-Yorkda müsəlmanlara hücumların sayı artıb

Nyu-Yorkda müsəlmanlara hücumların sayı artıb

Nyu-Yorkda müsəlmanlara hücumların sayı artıb

Son bir neçə gün ərzində polis bir neçə hadisə qeydə alıb.

ABŞ vətəndaşları dünyada baş verən hadisələr fonunda müsəlmanların ünvanına tez-tez aqressiv çıxışlar etməyə başlayıblar, Lifenews New York Daily News-a istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, son bir neçə gün ərzində polis bir neçə hadisə qeydə alıb, bu hadisələrdən bəzilərində fiziki güc də tətbiq edilib.

New York Daily News-un məlumatına görə, Nyu-Yorkda Herald meydanında restorana gələn bir nəfər müsəlmanların əleyhinə çıxışlar edərək, restoranın gəlmə ofisiantlarını müsəlman hesab edərək onları təhqir etməyə başlayıb.

İşçilərdən biri onu sakitləşdirməyə çalışarkən, adam onun sol yanağına zərbə vuraraq təhqir etməyə davam edib.

Özündən çıxan müştərini tezliklə restorandan çıxarıblar, o isə geri qayıdaraq stulu götürüb bara tərəf atıb. Polis Murrino soyadlı adamı nifrət zəminində xuliqanlıqda və nifrət zəminində hücumda ittiham edib.

Digər bir hadisə isə ictimai nəqliyyat dayanacağında olub. Naməlum kişi avtobus gözləyən 21 yaşlı qıza yaxınlaşaraq, onu təhqir etməyə başlayıb və hətta ona əl qaldırıb.

“Mən ABŞ-ın sənin kimi zibillərdən canını qurtaracaq zamanı səbirsizliklə gözləyirəm”, - kişi deyib, sonra isə qızı ayağından vurub və hadisə yerindən qaçıb.

Qızın tibbi yardıma ehtiyacı olmayıb, amma hadisə barədə polisə bildirilib və araşdırmaya başlanılıb.

Bundan başqa, şəhərdə müsəlmanların ünvanına təhqirlər olan yazılar da peyda olub.

Nəşrin məlumatına görə, metropoliten işçisi vaqonların birində “Müsəlmanları yandırın, hayl Hitler!” yazısını aşkar edib.