» » Türkiyədə Today's Zaman-ın keçmiş baş redaktoru saxlanıldı

Türkiyədə Today's Zaman-ın keçmiş baş redaktoru saxlanıldı

Türkiyədə Today's Zaman-ın keçmiş baş redaktoru saxlanıldı

O, Fətullah Gülənin hərəkatı ilə sıx əlaqədə olub.

Today's Zaman qəzetinin keçmiş baş redaktoru Bülent Keneş Türkiyəni tərk etməyə çalışarkən saxlanılıb, haberler.com məlumat yayıb.

Keneş İstanbulun Atatürk adına beynəlxalq aeroportunda saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs fəaliyyəti qanunla qadağan edilən Fətullah Gülənin (radikal ictimai xadim, hal-hazırda ABŞ-da yaşayır) hərəkatı ilə sıx əlaqədə olub.

Fətullah Gülən terror təşkilatının yaradılmasında ittiham edilir. Türkiyə hökuməti Today's Zaman qəzetini Fətullah Gülənin hərəkatının çap orqanı hesab edir.