» » KİV: Putinin son hədəfi Türkiyəli tələbələr oldu

KİV: Putinin son hədəfi Türkiyəli tələbələr oldu

KİV: Putinin son hədəfi Türkiyəli tələbələr oldu

1030 tələbə geri göndərilir.

Rusiyadakı türkiyəli tələbələrə məcburən "təhsili öz istəyimlə buraxmaq istəyirəm" məzmunlu ərizə yazdıraraq təhsillərini yarımçıq qoyub ölkədən gedirlər, haberler.com xəbər verir.

ucarliyiq.biz –ın verdiyi məlumata görə, Türkiyə hava məkanını sərhədlərini pozan rusiya Su-24 təyyarəsiinn Yükiyə F-16 qırıcısı tərəfindən vurulması ilə bağlı hadisədən sonra iki ölkə arasında gərginləşən vəziyyət Rusiyada təhsil alan tələbələrə də öz təsirini göstərdi.

Rusiyada təhsil alan Türkiyə vətəndaşı olan 1030 tələbə və Rusiyada işləyən təhsil üzrə mütəxəssislər öz ölkələrinin Təhsil Nazirliyi və Ali Təhsil Şurasına  şikayət məktubu göndəriblər. Məktubda onlar Rusiyada təhsillə bağlı müxtəlif təzyiqlərlə qarşılaşdıqlarını yazıblar.

Verilən məlumata əsasən, daha öncə Türk tələbələrini qaldığı yataqxanalara itlərlə gələrək pasport yoxlaması aparan rus polisi bəzi tələbələri göz altına almışdı. Rusiyanın Voronej Texnologiya İnstitutunun rəhbərliyi türk tələbələrdən Rusiyadan getmələrini tələb edirlər. Rus professorlar isə türk tələbələrin olduğu dərslərə girmirlər.

Universitetlər ilə müqavilələrin olmasına və tələbələrin təhsil haqqını ödəmələrinə baxmayaraq, onların vizalarının müddəti uzadılmır.

Türkiyə tərəfi tələbələrin təhsil müəssisələrindən müxtəlif bəhanələrlə çıxarılmasının qarşısını almaq istiqamətində fəaliyyət göstərildiyini bildirib.