» » Putin Rusiyanın nüvə triadasını modernləşdirir

Putin Rusiyanın nüvə triadasını modernləşdirir

Putin Rusiyanın nüvə triadasını modernləşdirir

“Qoşunlarda ritmik, keyfiyyətli iş təşkil edilməlidir”.

Nüvə triadasını yeni silahlar ilə təchiz etmək, HƏM (Hava əleyhinə müdafiə) sistemini modernləşdirmək lazımdır.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Rusiyanın prezidenti Vladimir Putin bəyan edib.

“Qoşunlarda müasir texnikanın mənimsənilməsi, hərbi-təlimi tətbiq üzrə ritmik, keyfiyyətli iş təşkil edilməlidir. Əsas diqqət strateji nüvə qüvvələrinin hərbi potensialının möhkəmləndirilməsinə, kosmik müdafiə proqramlarının realizəsinə yönəldilməlidir.

Planlarımız üzrə nüvə triadasının bütün tərkib hissələri yeni silahlarla təchiz edilməlidir. Raket hücumu və hava-kosmik müdafiə barədə xəbərdarlıq sistemlərinin səmərəliliyini artırmaq lazımdır”, - Putin cümə günü Müdafiə Nazirliyinin kollegiyasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, strateji nüvə qüvvələrinin təminatı infrastrukturlarının inkişafı da labüddür.

“Strateji təyinatlı raket qoşunlarının birləşmələrinin mövqe rayonlarını, sualtı raketdaşıyıcılarının strateji yerləşmə məntəqələrini, uzaq aviasiya aerodromlarını nəzərə alaraq”, - deyə Putin əlavə edib.