» » Dilənçinin cibindən çıxan pullar kameraya düşdü - VİDEO

Dilənçinin cibindən çıxan pullar kameraya düşdü - VİDEO

Dilənçinin cibindən çıxan pullar kameraya düşdü - VİDEO

Çinlilər indiyədək nə belə dilənçi, nə də hansısa bir dilənçidə bu qədər pul görüb. Şərqi asiya ölkəsində baş verən qəribə olay, ölkədə müzakirə obyektinə çevrilib.

Sərnişinlərdən birinin mobil telefonla lentə aldığı görüntülərdə "halı özündə olmayan" bir dilənçinin cibindən külli miqdarda pul çıxardığı, həmin pulların bir qisminin yerə düşdüyü öz əksini tapır. Dağılan pullara məhəl qoymayan dilənçinin, əlində tutduğu ovuc dolusu valyuta ilə nə etməyə çalışdığı dəqiq anlaşılmır.

Sərxoş olduğu bildirilən dilənçinin bu qədər pul toplamasından daha çox, həmin pulları ətrafa dağıtması sakinlərdə fərqli rəy formalaşdırıb. Bəziləri dilənçilərə əl tutmağın doğru olmadığını deyib.