» » Qazaxıstanın sabiq baş naziri 10 il azadlıqdan məhrum edildi

Qazaxıstanın sabiq baş naziri 10 il azadlıqdan məhrum edildi

Qazaxıstanın sabiq baş naziri 10 il azadlıqdan məhrum edildi

Axmetov Nursultan Nazarbayevdən üzr istəyib.

Qazaxıstanın sabiq baş naziri Serik Axmetov külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib, ucarliyiq.biz Tengrinews.kz-a istinadən xəbər verir.

S. Axmetov Karakanda vilayəti və Karakanda şəhərinin bəzi keçmiş rəhbərləri ilə birgə vəzifə səlahiyyətlərindən sui-istifadədə, büdcə vəsaitlərinin mənimsənilməsində və qeyri-qanuni sahibkarlıq fəaliyyətində təqsirli bilinib.

Məhkəmədə son sözlə çıxış edən Serik Axmetov Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən onun etimadını doğrultmadığı və onu narahat etdiyi üçün üzr istəyib. 

“Əgər məhkəmə və dövlət başçısı mənim cəmiyyətə qayıtmağıma imkan versə, dövlətimiz və prezidentimiz naminə çalışmaqda davam edəcəyəm. İstənilən halda mən hər zaman ölkəmizə və xalqımızın liderinə sadiq qalacağam”, - S.Axmetov vurğulayıb. 

Qeyd edək ki, S. Axmetovun sonuncu vəzifəsi Qazaxıstanın müdafiə naziri postu olub (2014-cü ilin aprelindən). Buna qədər o, Qazaxıstanın baş naziri (2012-ci ilin sentyabrından 2014-cü ilin aprelinə qədər) vəzifəsini tutub.