» » Suriyada teror: 60 ölü, 90 yaralı

Suriyada teror: 60 ölü, 90 yaralı

Suriyada teror: 60 ölü, 90 yaralı

Terrorçu-kamikadzelər şəhərin mərkəzində mazut çənini partladıblar.

Suriyanın şimal-şərqində Tell-Tamer şəhərində törədilən partlayışlar nəticəsində 60 nəfər ölüb, daha 90 nəfər xəsarət alıb.

ucarliyiq.biz-ın məlumatına görə, bu barədə SANA agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, belə çox insan itkisinə səbəb, terrorçu-kamikadzelərin şəhərin mərkəsində mazut çəninin partladması olub. 

Daha bir partlayıcı şəkər daşıyan yük maşınına quraşdırılıb. Avtomobil ərzaq bazasına çatanda partladılıb. 

Üçüncü partlayış isə Suk-əl-Cümə tərəvəz bazarında törədilib. 

“Partlayış yerlərində 15 nəfər, daha 45 nəfər isə xəstəxanalarda ölüb. Ölənlərin əksəriyyəti qadındır”, - polisdən bildiriblər.

Terorr aktlarına görə məsuliyyəti İŞİD yaraqlıları öz üzərinə götürüblər.