» » Klinton: İŞİD-i məhv edəcəyəm

Klinton: İŞİD-i məhv edəcəyəm

Klinton: İŞİD-i məhv edəcəyəm

“Namizədlər çox danışırlar, amma təcrübə ilə tanış deyillər”.

Demokratik partiyadan ABŞ prezidentliyinə namizədliyini irəli sürən Hillari Klinton bəyan edib ki, “İslam dövləti” (İŞİD) terrorçuları ilə mübarizə üzrə işə yarayacaq plana yalnız o sahibdir, Associated Press məlumat yayıb.

ucarliyiq.biz Qazeta.ru-ya istinadən xəbər verir ki, Klinton bu barədə Oklaxomada (respublikaçılara ənənəvi olaraq daha yaxın olan mərkəzi ştat) tədbirdə bəyan edib.

“Amma mən Ağ evin idarəçiliyində olmuşam və nə etmək lazım olduğunu bilirəm, mən Amerikanı təhlükəsiz edə bilərəm”, - keçmiş dövlət katibi vurğulayıb.

Noyabrda Klinton İŞİD-ə vurulan zərbələrin gücləndirilməsinin lehinə çıxış edib, amma quru əməliyyatlarının labüdlüyünü təkzib edib.