» » ABŞ-ın yeni hərbi gəmisi limandan ayrıldıqdan sonra sıradan çıxdı

ABŞ-ın yeni hərbi gəmisi limandan ayrıldıqdan sonra sıradan çıxdı

ABŞ-ın yeni hərbi gəmisi limandan ayrıldıqdan sonra sıradan çıxdı

Gəminin kompüter sistemi həyəcan siqnalı verib.

Kanadanın Qalifaks şəhərindən ABŞ Hərbi-dəniz qüvvələrinin Floridadakı Meyport hərbi-dəniz aviastansiyasından keçərək Kaliforniya ştatının San-Dieqo şəhərinə gedən amerikan hərbi gəmisi “Milwaukee” açıq dənizdə sıradan çıxıb, Navy Times məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, gəmi 20 gün öncə noyabrın 21-də istismara verilib.

Gəmi buksir ilə ABŞ-ın Virciniya ştatında yerləşən HDQ-nin bazasına gətirilib.

“Milwaukee”nin komandası və texniki mütəxəssisləri hal-hazırda nasazlığın səbəbini müəyyənləşdirirlər.

İlkin versiyaya görə, hadisə metal hissəciklərin sürtkü yağının içinə düşməsi nəticəsində baş verib, belə ki, bu sürtkü yağına görə gəminin mühərriki sıradan çıxıb.  

Gəminin əsas mexaniki qurğusu ilə problemlər gəmi Qalifaksdan çıxdıqdan dərhal sonra başlayıb, Navy Times məlumat yayıb.

Gəminin kompüter sistemi mümkün nasazlıqla əlaqədar həyəcan siqnalı verib. Mütəxəssislər filtri metal hissəciklərdən təmizləyiblər və “Milwaukee” yoluna davam edib.

Amma sükan qurğusunun sınağı zamanı sürtkü yağının təzyiqi kəskin şəkildə aşağı düşüb, səbəb isə burada metal hissəciklərin yığılması olub.