» » Alimlər Günəş ətrafında gizli planet aşkar ediblər - FOTO

Alimlər Günəş ətrafında gizli planet aşkar ediblər - FOTO

Alimlər Günəş ətrafında gizli planet aşkar ediblər - FOTO

Potensial Fövqəlyeri alimlər iki dəfə müşahidə ediblər.

İsveç və Meksika astronomları Günəş sisteminin uzaq ənginliklərində Fövqəlyerin mövcud olmasından şübhələniblər. Araşdırmalarının nəticələrini tədqiqatçılar arXiv.org saytında dərc ediblər.

ucarliyiq.biz Lenta-ya istinadən xəbər verir ki, alimlərin fikrincə, onların aşkar etdikləri səma cismi Günəş sisteminin məlum obyektlərindən ən uzaqda yerləşən obyektidir. Alimlərin sahib olduqları məlumatlar onun ölçüləri və Yer kürəsindən nə qədər uzaqlıqda yerləşdiyini dəqiq təyin etmək imkanı vermir.

Alimlər ALMA rəsədxanasında apardıqları müşahidələrin köməyi ilə bu kəşfi ediblər. Potensial Fövqəlyeri alimlər iki dəfə müşahidə ediblər: 2014-cü ilin iyulunda və 2015-ci ilin mayında.

Alimlər səma cisminin təbiəti haqqında üç hipotez irəli sürürlər (bununla yanaşı, onlar əsasən birinciyə daha meyillidirlər). Birinci ehtimal: aşkar edilən obyekt Fövqəlyerdir, Yer kürəsindən təxminən iki dəfə böyükdür və Günəşdən 300 astronomik vahid uzaqlıqdadır.

İkinci hipotez səma cisminin cırtdan planet olması, Yer kürəsindən yüz astronomik vahid uzaqlıqda yerləşməsindən ibarətdir. Bu Sedna cırtdan planetindən uzaqdır, amma V774104 planetindən yaxındır.

Üçüncü qeyri-adi obyekt qəhvəyi cırtdandır, Yer kürəsindən 20 min astronomik vahid uzaqlıqdadır, alimlər qeyri-adi səma cisminin tədqiqini davam etdirmək niyyətindədirlər, onların hipotezləri isə astronomik cəmiyyət tərəfindən təsdiqlənməyib.

Fövqəlyer kütləsi Yer kürəsindən çox, Yupiter və Satrundan az olan qayalıq planet və ya ekzoplanet (Günəş Sistemindən kənarda yerləşən) hesab edilir.

Alimlər Günəş ətrafında gizli planet aşkar ediblər - FOTO

Alimlər Günəş ətrafında gizli planet aşkar ediblər - FOTO