» » Gürsüstanda meşədə altı əcnəbinin cəsədi tapıldı

Gürsüstanda meşədə altı əcnəbinin cəsədi tapıldı

Gürsüstanda meşədə altı əcnəbinin cəsədi tapıldı

Onlar yatıb və donublar.

Gürcüstanın cənub-qərbində Xelvaçaurski rayonunun Maradidi kəndindən beş kilometr aralı ovçular meşədə 6 əcnəbi vətəndaşın cəsədini aşkar ediblər.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, son məlumata əsasən, onlar hamısı Banqladeşin vətəndaşlarıdır.

Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Təxmin edilir ki, onlar meşədə yoldan istirahət üçün dayanıblar. Burada yatan yolçular donaraq ölüblər. 

Cəsədləri aşkar edən ovçular bu barədə hadisə yerindən 4 kilometr aralı Gürcüstan-Türkiyə sərhədində xidmət aparan sərhədçilərə xəbər veriblər.

Cəsədlər Batumi şəhərinə gətirlib, burada ekspertiza aparılır.

Faktla bağlı araşdırmalara başlanılıb.