» » Minlərlə iraqlı Türkiyəyə etiraz edir

Minlərlə iraqlı Türkiyəyə etiraz edir

Minlərlə iraqlı Türkiyəyə etiraz edir

Bəzi etirazçılar türk bayraqlarını yandırırlar.

İraqın paytaxtı Bağdadın mərkəzi meydanı Təhrirdə ölkədə türk qoşunlarının yeridilməsinə qarşı çoxminlik aksiya keçirilir, ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir.

Meyanda ən azı 4 min nəfər var.

Bəzi etirazçıların türk bayraqlarını yandırdıqları bildirilir.

Qeyd edək ki, bundan əvvəl Türkiyə iraqda İŞİD-ə qarşı mübarizə fonunda bu ölkəyə qoşun yeritmək niyyətini açıqlamışdı.

İraq rəhbərliyi iddia edir  ki, Türkiyə kürd xalq dəstələrinin hazırlanması bəhanəsi altında İraqa 900 nəfərlik şəxsi heyət göndərib.

Bağdad Türkiyənin yuxarıda adı çəkilən ərazidən qoşunlarını çıxarması ilə bağlı protest elan edib və BMT-yə şikayət ünvanlayıb.