» » Rusiyada dəhşətli yanğın: 21 nəfər ölüb

Rusiyada dəhşətli yanğın: 21 nəfər ölüb

Rusiyada dəhşətli yanğın: 21 nəfər ölüb

İtkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir.

Rusiyanın Voronej şəhərində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində 21 nəfər ölüb.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin Regional Mərkəzindən bildirilib. 

“Hazırda yanğın qurbanlarının sayı 21 nəfərdir”, - qurumun məlumatında bildirilir.

Yanğın nəticəsində itkin düşmüş hesab edilən daha 2 nəfərin axtarışları davam etdirilir. 

Yerli polisdən verilən məlumata görə, yanğın zamanı tibbi personaldan xəsarət alan olmayıb.

“Tibbi personaldan 4 nəfər xilas olunub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər”.